SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikaya sanksiyalara cavab olaraq sərt ismarıc verib.

BAKU.WS
“haberler”ə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb. Ərdoğan qəzet üçün hazırladığı yazıda məsələyə münasibət bildirərkən ABŞ-a xəbərdarlıq edib.

“Amerika Türkiyəyə qarşı hörmətsizliyə və qərəzli mövqeyə son qoymasa, biz siyasətimizi tamam dəyişəcəyik. Türkiyə yeni müttəfiqlər axtarmağa məcbur olacaq, - deyə Ərdoğan bildirib.

Türkiyənin Amerika və NATO ilə uzun müddət tərəfdaş olduğunu xatırladan Ərdoğan Vaşinqton rəsmilərini bu sahədə düşünməyə dəvət edib:

“Türkiyə terrorçularla mübarizədə ABŞ ilə birgə çalışdı. NATO Türkiyə münasibətləri hər zaman sıx əməkdaşlıq çərçivəsində davam edib. Türkiyə nə zaman lazım oldusa, Amerikanın köməyinə qaçdı. Bütün terrorla mübarizə əməliyyatlarında NATO ilə birlikdə Türkiyə hərbçiləri də döyüşdü. Suriyada terrorla mübarizədə ABŞ-a Türkiyədən yaxşı dəstək verən olmayıb. Bu belə olduğu halda bizə qarşı tətbiq edilən sanksiyalar başa düşülmür”.

Ərdoğan bu səbəbdən də, Türkiyə ilə ABŞ-ın münasibətlərinin qısa zamanda yaxşılaşacağına ümid etdiyini bildirib:

“Əminəm ki, bu anlaşılmazlıqdır. Problem qısa zamanda həll olunsa iki ölkə arasında münasibətlər korlanmayacaq. Əks təqdirdə, Türkiyə öz problemini özü həll etmək məcburiyyətində qalacaq”.

BAKU.WS