VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə bir daha ciddi xəbərdarlıq edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məluamata görə, özəl tibb müəssisələri tərəfindən xarici tibb mütəxəssisləri dəvət edilərkən Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na uyğun olaraq həmin ali və ya orta tibb işçiləri üçün Səhiyyə Nazirliyindən şəhadətnamə alınmalıdır.

 

"Şəhadətnamə, dəvət edilmiş əcnəbinin tibb mütəxəssisi olmasını müəyyənləşdirən və onun Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə sənəddir.

Bu tələblərə riayət etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşıyacaqlar", - nazirlikdən bildirilib.


Ziya Səccad
BAKU.WS