SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlu Şəhidlər Xiyabanında olub.
 
BAKU.WS-in məlumatına görə, baş nazir Türkiyə Şəhidliyi qarşısında əsgərlərin əlində dalğalanan Azərbaycan bayrağını öpüb və alnına qoyub. Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlunun Azərbaycan Respublikasına rəsmi səfəri bu gün başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlunu və xanımı Sare Davudoğlunu hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola saldılar.
 
BAKU.WS