SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan mətbuatında, guya, ermənilər Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının baş daşını nümayişkaranə şəkildə dağıtması barədə xəbər yayıb.

BAKU.WS xəbər verir ki, “qazilər.az” saytı A.Bağırovun ailəsi ilə əlaqə saxlayıb. Məlum olub ki, dağıdılan məzar Milli Qərhrmanımıza aid deyilmiş. Ailədən bildiriblər ki, ümumiyyətlə A.Bağırovun baş daşı olmayıb. Sadəcə, digər şəhidlər kimi onun baş daşı dəmir löhvədən ibarət olub.

Elə dağıdılan başdaşından da görünür ki, o A.Bağırovun deyil. Çünki başdaşında qəhrəmanımızın adı, soy adı atasının adı rusca yazılıb. Videodakı başdaşı ermənilər tərəfindən qəsdən hazırlanıb və paylaşılıb.

Redaksiyadan: Əslində işğal altındakı ərazilərimizdə qalan istənilən şəhidimizin məzarı ermənilər tərəfindən təhqir edilə bilər. Amma ermənilərin yaydığı video həqiqəti əks etdirmir. Xahiş edirik şəhidlərimizlə bağlı, xüsusən Milli Qəhrəmanlarımızla bağlı erməni mətbuatının yaydığı məlumata uymayın. Yalan məlumatı yaymayın!

BAKU.WS