VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Biz heç kimi sərhədini pozmadıq amma, bizim sərhədimiz pozuldu. Rusiyanın hərbi əməliyyat apardığı yerlərdə İŞİD terrorçuları yoxdur. Orada türkmənlər yaşayır. Rusiya sərhədlərin pozulmayacağı ilə bağlı dəfələrlə söz verib. Təyyarələri 3 dəfə hava məkanını pozub. Türkmənlərin bombalandığına şahid olduq. Sərhədlərimizi qoruduğumuz üçün üzr istəmirik. Heç kimə hesab vermərik". 
 
BAKU.WS-in məlumatına görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu "ADA" Universitetində çıxışı zamanı deyib. Baş nazir bildirib ki, türk və rus xalqları arasında heç bir problem yoxdur və olmayacaq. Davudoğlu həmçinin əlavə edib ki, böhtan kampaniyasını qəbul etmək və anlayış göstərmək mümkün deyil. 
 
Əhməd Davudoğlu Türkiyə - Azərbaycan münasibətlərindən də danışıb. Baş nazir bildirib ki, Türkiyə üçün Bakı İstanbul qədər, Konya qədər əzizdir:
 
"Ermənistana da buradan bir müraciət etmək istəyirəm. Sizə aid olmayan torpaqları sülh içində aid olana təhvil verəcək bir sülh prosesinə başlasanız, Türkiyə - Gürcüstan - Azərbaycan arasında yaranan ittifaqa qatıla bilərsiniz. Biz heç kimə düşmən deyilik, amma Azərbaycanın hər qarış torpağı bizə əzizdir və bu torpaqlar mütləq işğaldan azad edilməlidir".
 
Şahin Həbibov