VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda bəzi sərnişin avtobusları qanunsuz olaraq artıq gediş haqqı alır.

BAKU.WS
xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, “Xaliq Faiqoğlu” MMC-yə məxsus bir çox marşrutların qiyməti 0.20 qəpikdən 0.25 qəpik olub.

“Ən dəhşətlisi budur ki, 199 nömrəli marşrutun yolunda karta pul vurmaq üçün ödəniş sistemləri yoxdur. Kimin kartının balansı yoxdursa sürücü tərəfindən aşağılanaraq yerə düşməsi tələb olunur”, - deyə Arifə Əliyeva yazıb.

Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” şirkətilə əlaqə saxladıq. Şirkətdən BAKU.WS-ə bildirdilər ki, jurnalist xanımın şikayət etdiyi 199 saylı avtobus əvvəldən 25 qəpik olub.

“Bu qiymət Tarif Şurasının qərarı ilə təsdiqlənib. Bundan başqa, bizim rəhbərliyimiz altında “Müşfiqaba qəsəbəsinə işləyən 114 saylı avtobus xətti 30 qəpikdir. Bunları Tarif Şurası müəyyən edib və dövlətin qərarı ilə tariflər müəyyənləşib. Digər xətlərdə gediş haqqı 20 qəpikdir”, - deyə şirkətdən bildirilib.

Kartsız sərnişinlərin avtobusa minərkən sürücülər tərəfindən təhqir olunmasına gəlincə, şirkətdən bildirilər ki, hələlik belə fakta rast gəlinməyib:

“Bununla bağlı hələlik konkret müraciət daxil olmayıb. Əgər belə bir müraciət olarsa, fakt aşkarlanarsa, həmin sürücüyə müvafiq qaydada töhmət və ya digər tənbehedici cəza veriləcək”.

Ziya SƏCCAD
BAKU.WS