SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Ekstremizmə və ksenofobiyaya mane olmaq lazımdır. Bu, cəmiyyətin və dövlət quruluşunun əsasıdır".
 
BAKU.WS-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin söyləyib. RF prezidenti Rusiyanın həmişə regional təhlükəsizliyin ən həssas məsələləri ilə bağlı Türkiyəylə əməkdaşlıq etməyə hazır olduğunu xatırladıb.  

Putin əminliklə bildirib ki, Türkiyə hakimiyyəti əməllərindən peşman olacaq: "Türkiyənin hərbi təyyarəmizi vurmağını unutmayacağıq. Türkiyənin terrorçulara kömək etməsini görməməzlikdən gələ bilmərik. Türkiyədə oğurlanmış neftlə kimlərin ciblərini doldurduğunu və kimin terror təşkilatları üçün döyüşçü yığdığını bilirik. Türk xalqı yaxşıdır, çalışqandır. Türk xalqı bizim köhnə dostumuzdur. Türkiyədə Rusiyanın çox köhnə və etibarlı yoldaşları var. Pilotumuzun ölümündən Türk elitaları məsuldur, bunu əsla unutmayacağıq. Türkiyəyə reaksiyamızı ticarət sanksiyaları ilə məhdudlaşacağını düşünənlər yanılırlar".

Putin Su-24 hərbi təyyarəsinin Türkiyə tərəfindən niyə vurulduğunu hələ də anlamadığını söyləyib: "Bunu niyə etdilər, Allah bilir. Allah Türkiyə rəhbərliyini vicdan və ədalət duyğusundan, həmçinin ağıldan məhrum edərək cəzalandırmaq qərarı verdi. Moskva Ankaranın terroristlərə kömək etdiyini görməməzlikdən gələ bilməz. Terrorçularla qeyri-qanuni və qanlı ticarət edilməsinə icazə verilməməlidir. Amma Rusiya Türkiyəyə qarşı silahdan istifadə etməyi düşünmür. Xəyanəti hər zaman utanc verici bir şey olaraq gördük.  Suriyada terrorçu dəstələrə istiqamətlənən əməliyyatlarda iştirak edən əsgərlərimiz əslində Rusiya üçün döyüşür".

Rusiya prezidenti Suriyada olan terrorçuların Rusiya üçün xüsusi təhdid olduğunu bildirib: "Terrorçular arasında Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələrindən gələn çox sayda adam var. Pul, silah alırlar və güclərini artırırlar. Əgər çox güclənib Suriyada zəfər qazansalar, o zaman Rusiyaya da gələcəklər. Rusiyada nifrət toxumları əkmək, qorxu və nifrət yaratmaq, insanları öldürmək istəyəcəklər. Onları izləyib yox etmək məcburiyyətindəyik".
 
Şahin Həbibov
BAKU.WS