SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı-Qusar marşrutu ilə hərəkət edən 10–UZ–751 nömrəli Hunday markalı sərnişin avtobusu 90 LO 148 nömrəli Nissan markalı minik maşını ilə toqquşub.

Bu barədə BAKU.WS-ə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, Hüseyn Abbasov adlı fiziki şəxsə məxsus 10–UZ–751 nömrə nişanlı “Hyundai County” Bakı-Qusar marsrutu ilə hərəkət edən zaman “Nissan Xtrail” ilə toqquşub.

Marşrut xətti ilə hərəkət edən avtobus saat 8:00-da 28 nəfər sərnişinlə Avtovağzaldan cixib. "ANDT" MMC-dən daxil olan məlumata görə sərnişin avtobusu texniki müayinədən keçdikdən sonra yola çıxıb. İlkin ehtimallara əsasən Quba yolunun 142-ci kilometrliyində Nissan markalı minik maşınının sürücüsü yolun qaşınması və yüksək sürət səbəbi ilə idarəetməni itirərək qəza hadisəsi törədib. NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişin daşımalarının tənzimlənməsi sektorunun müdiri Arif Məmmədov və 2 saylı "Quba Regional Nəqliyyat" MMC-nin rəisi Elnur Mahmudov hadisə yerində olublar.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS