SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Bakı şəhərinin Yasamal rayonunda baş vermiş intihar hadisəsi barədə cinayət işi başlanılıb.

Yasamal rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, özünü 17-ci mərtəbədən ataraq intihar edən 2000-ci il təvəllüdlü Nərgiz Rövşən qızı Vəliyeva ilə bağlı istintaq başlanılıb.

Hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci, “Özünü öldürmə həddinə çatdırma” maddəsilə cinayət işi başlanılıb. İstintaq gedir.

Qey edək ki, Yeni Yasamal 2 yaşayış massivində, “Şərur MTK”ya məxsus kompleksin 17-ci mərtəbəsindən özünü ataraq intihar edən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızı olduğu müəyyən edilib. Hadisə ilə bağlı əlavə məlumatlar veriləcək.

Xatırladaq ki, hadisə barədə ilk məlumatı “Sputnik Azərbaycan” saytı yayıb. Bildirilib ki, intihar edən qız alt paltarında olub və həmin binada yaşamırmış.

BAKU.WS