VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi 18 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında liftin trosu qırılıb.

BAKU.WS
APA TV-yə istinadən xəbər verir ki, binanın 7-ci mərtəbəsində trosu qırılan lift birbaşa şaxtaya düşüb. Nəticədə həmin vaxt liftin içərisində olan 6 nəfərdən üçü - 1998-ci il təvəllüdlü Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16-17 yaşlarında adı hələlik məlum olmayan yeniyetmə oğlan ciddi xəsarətlər alıb. Onlar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər üçündə döş qəfəsinin sındığı müəyyən edilib. Digər zədələnən şəxslərə isə hadisə yerində yardım göstərilib.

Bina sakinlərinin sözlərinə görə, həmin lift nasaz vəziyyətdə olub və əvvəllər də oxşar hadisə yaşanıb.

Hadisənin təfərrüatları araşdırılır. Qəza ilə bağlı hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara da məlumat verilib.

BAKU.WS