VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənnisi Emma Ələkbərzadənin bakılıları vahiməyə salan videosu rəsmi qurumları hərəkətə gətirib.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov BAKU.WS
-ə açıqlamasında, sənətçinin paylaşdığı videonun onlar üçün bir siqnal olduğunu bildirdi:

“Elmira Ələkbərzadə sevilən və hörmətli mədəniyyət işçisidir. Biz onun səmimiyyətinə və həmin görüntülərin bulvar ərazisində çəkildiyinə inanırıq. Amma yaşıllıq işçilərimiz də daxil olmaqla, heç bir əməkdaşımız bu günə kimi bulvarda ilan görməyib. 

Emma xanımın videosu bizə bir siqnal oldu. Biz dərk etdik ki, havalar isti keçir, ilan ölkənin hər yerində olduğu kimi Bakı Bulvarına da gəlib çıxa bilər. Videoya baxandan sonra işə daha çox ciddi yanaşmağa başladıq. İdarəninin bütün işçilərinə tapşırıqlar verilib ki, diqqətli olsunlar. İnsanların olduğu yerdə ilan olması xoşagələn hadisə deyil. Bakı Şəhər İcra Hakimiyyəti də məsələ ilə bağlı tədbirlər görməyə başlayıb".

Xatırladaq ki, E.Ələkbərzadənin dünən axşam saatlarında sosial şəbəkədə paylaşdığı videoda Dənizkənarı Milli Parkda ilanların süründüyünü görürük. Ələkbərzadə görüntülərin rəfiqəsi tərəfindən çəkildiyini deyir: "Bəli, bura Bakıdır. Təzə Bakı bulvarımız və iri qara ilanlar. Özü də gürzə! Xahiş edirəm, özünüzü və uşaqlarınızı qoruyun! Şəxsən mənim üçün bundan sonra bulvar söhbəti bağlandı! Rəfiqəm Bulvarın Bayıl tərəfdə olan hissəsində velosiped sürərkən yerdə uzun və qalın ilanın süründüyünü görüb. Aidiyyatı qurumlar təcili olaraq bu məsələni nəzarətə götürməlidir. Çünki Dənizkənarı Bulvara vətəndaşlar ailəsi və övladları ilə birlikdə gedir. İnsanlar həmin ilanlarla qarşılaşarsa, bunun acı nəticəsi ola bilər. Qorxuram ki, belə davam edərsə, ilanlar mənzilləri də basacaq.

Zülfiyyə Qurbanova
BAKU.WS