SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Qanuni yollarla haradan neft alırıq, haradan təbii qaz alırıq bunların hamısı bəllidir. Terror təşkilatları ilə bu cür mübadilələr edəcək qədər şərəfsiz deyilik. Bunu da hər kəs bilməlidir". 

BAKU.WS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlin dəyişikləri ilə bağlı Parisdə keçirilən 21-ci dünya konfransında jurnalistlərin suallarını cavablayarkən söyləyib. 

Ərdoğan Rusiya prezidenti Vladimir Putinin Türkiyənin neft alışına dair iddialarına kəskin cavab verib: "Burada çox çox iddialı bir şey söyləyəcəm. Belə bir şey isbat edildiyi anda bizim millətimizin əsaləti bunu tələb edir. Mən bu vəzifədə durmaram, amma hörmətli Putinə deyirəm, sən o vəzifədə durarsanmı? Bu qədər açıq danışıram. Bu gün bunu buradakı bəzi liderlərlə də paylaşdıq. Bir az səbirli olaq. Biz duyğusal davranmamalıyıq. Bütün baş verənlərin hamısını görək. Ətəklərdə nə qədər daş varsa tökülsün, ondan sonra bizdə də varsa yığılmış daşlar, biz də tökməyə başlayarıq".

Türkiyənin G20 (Böyük İyirmilik) üzvü bir ölkə olduğuna diqqəti çəkən Ərdoğan sözlərinə belə davam edib: "Türkiyə bir qəbilə dövləti deyil. Hazırda 80 milyon əhalisi olan G20-nin üzvü bir ölkəyik. Eyni masanı birlikdə paylaşdığımız bir ölkə bizə qarşı bu cür addım atması həzm olunacaq bir şey də deyil", - deyə Ərdoğan əlavə edib. 
 
Şahin Həbibov
BAKU.WS