» » Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib


13-06-2018 | 16:43

  • 3 613

Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib


Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib.

BAKU.WS
xəbər verir ki, təbrikdə deyilir:

“Bismillahir-rəhmanir-rəhim!

Əziz həmvətənlərimiz, müsəlman qardaş və bacılarım!

Dünya müsəlmanlarının əziz günü -- Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcəb olmasını diləyirəm.

Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Islam dininə ehtiramımı nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun, inşallah!

Savab, mərhəmət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin, xüsusilə şəhid ailələrinin ziyarəti müstəhəb əməllərdəndir.

Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.

Bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ali mənəviyyat sahibi, bu il 95-ci ildönümünü qeyd etdiyimiz ümummilli liderimiz, Müstəqilliyimizin qurucusu, Qurtuluşumuzun banisi, Ulu Öndər Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı, müstəqil Azərbaycanın siyasi, iqtisadi, mədəni-mənəvi qüdrətinin təmini üçün yorulmaz səylər göstərən, yüz illiyini qeyd etdiyimiz Cümhuriyyət tariximizə yeni, qürurverici səhifələr yazan Prezident İlham Əliyev həzrətlərinə Azərbaycanın tərəqqisi, Haqq işimizin qələbəsi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər.

Bir daha əziz bayram – Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm.

Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün xoş arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! AMIN!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Bakıda alt geyimində intihar edən qadının kimliyi məlum oldu – VİDEO Bakıda alt geyimində intihar edən qadının kimliyi məlum oldu – VİDEO Əsas Xəbər / Hadisə Bakıda dəhşətli anlar - qadın alt geyimində özünü 17-ci mərtəbədən atdı - VİDEO Bakıda dəhşətli anlar - qadın alt geyimində özünü 17-ci mərtəbədən atdı - VİDEO Hadisə / Video Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEO Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEO Hadisə / Video “Ancaq pullu kişilərlə görüşürəm” – yandırıb-yaxan Aygün - FOTOLAR “Ancaq pullu kişilərlə görüşürəm” – yandırıb-yaxan Aygün - FOTOLAR Şou-biznes Leyla Əliyeva Emin Ağalarovu təbrik etdi - FOTO Leyla Əliyeva Emin Ağalarovu təbrik etdi - FOTO Şou-biznes Tuneldə yolu bağlayıb şou göstərən sürücülər tapıldı - VİDEO Tuneldə yolu bağlayıb şou göstərən sürücülər tapıldı - VİDEO Hadisə / Video Bakıda ərəb vəhşiliyi – Evini 3 gün kirayə verdi - ŞOK GÖRÜNTÜLƏR - VİDEO Bakıda ərəb vəhşiliyi – Evini 3 gün kirayə verdi - ŞOK GÖRÜNTÜLƏR - VİDEO Əsas Xəbər / Həyat tərzi / Video Bakıda alt geyimində intihar edən qadın barədə YENİ XƏBƏR –  VİDEO Bakıda alt geyimində intihar edən qadın barədə YENİ XƏBƏR – VİDEO Əsas Xəbər / Hadisə Adnan Oktarın azərbaycanlı Adnan Oktarın azərbaycanlı "kedicikləri" ayağa qalxdı: Bakıda məmur övladlarıyla.. - FOTO,VİDEO Kriminal / Video Humay Muxtarova: Mənimlə bir gecəyə yarım milyon verirdi — MÜSAHİBƏ Humay Muxtarova: Mənimlə bir gecəyə yarım milyon verirdi — MÜSAHİBƏ Şou-biznes Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO Əsas Xəbər / Video Tolik güllələnən Elmar Vəliyevlə bağlı heç kəsin bilmədiyi FAKTI açıqladı - FOTO Tolik güllələnən Elmar Vəliyevlə bağlı heç kəsin bilmədiyi FAKTI açıqladı - FOTO Şou-biznes Xəzər dənizini qanunsuz zəbt edən tikililər söküləcək – CİNAYƏT İŞİ BAŞLANDI Xəzər dənizini qanunsuz zəbt edən tikililər söküləcək – CİNAYƏT İŞİ BAŞLANDI Sosial Bakıda çimərlikdə biabırçılıq - Qızlar saçyolduya çıxdılar – VİDEO Bakıda çimərlikdə biabırçılıq - Qızlar saçyolduya çıxdılar – VİDEO Hadisə / Video Liftdə azyaşlı qıza təcavüz etdi - Bakıda iyrənc olay – FOTO Liftdə azyaşlı qıza təcavüz etdi - Bakıda iyrənc olay – FOTO Hadisə “Salamat qalın...” – aparıcı İlham Mirzəyev Azərbaycanı tərk etdi - FOTOLAR “Salamat qalın...” – aparıcı İlham Mirzəyev Azərbaycanı tərk etdi - FOTOLAR Şou-biznes Bakıda ərəblərin otel otağındakı biabırçılığı – ŞOK GÖRÜNTÜLƏR – VİDEO Bakıda ərəblərin otel otağındakı biabırçılığı – ŞOK GÖRÜNTÜLƏR – VİDEO Həyat tərzi Eldar Əzizov Bakı meriyasına gətirildi – YENİ TƏYİNAT Eldar Əzizov Bakı meriyasına gətirildi – YENİ TƏYİNAT Əsas Xəbər / Həyat tərzi Elşad Xose susqunluğunu pozdu: Rusdilli təbəqə heç vaxt Damlaya qulas asa bilməz - VİDEO Elşad Xose susqunluğunu pozdu: Rusdilli təbəqə heç vaxt Damlaya qulas asa bilməz - VİDEO Şou-biznes / Video Röya əkizlərə belə cavab verdi: Ay qızlar, durun... - FOTO, VİDEO Röya əkizlərə belə cavab verdi: Ay qızlar, durun... - FOTO, VİDEO Şou-biznes
Son əlavəПоследние публикации
Sabahın hava proqnozu
22 iyul 2018

Sabahın hava proqnozu

1 174 Həyat tərzi
Azərbaycan milli mətbuatının 143-cü ildönümü qeyd olunur
22 iyul 2018

Azərbaycan milli mətbuatının 143-cü ildönümü qeyd olunur

235 Əsas Xəbər / Siyasət
İstirahər gününün ulduz falı - 22.07.2018
22 iyul 2018

İstirahər gününün ulduz falı - 22.07.2018

1 702 Həyat tərzi