SİZİN REKLAM BURADA!
055 213 76 73



Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.

BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 

Maşın uğrunda mübarizə aparan iştirakçıların əksəriyəti Pərvin Abıyevaya onun şəklini atacağına söz versələr də, Rahidə Baxışovanı SMS səsverməsinə çıxarıblar. Hədəf isə çox ehtimal ki, Pərvin Abıyeva olacaq. Çnki bundan öncə aralarında baş verən mübahisəyə görə, hər iki iştirakçı, yəni Pərvin və Rahidə sivil şəkildə bir-biri ilə mübarizə aparacaqlarına söz veriblər. Amma gün ərzində Rahidə fikrini dəyişərək, Pərvinlə mübarizə apamaqdan vaz keçib. Hədəfin kim olduğunu isə şou ərzində açıqlayacağını bildirib. Və mübarizə aparacağı şəxsin xanımlardan olmadığını vurğulayıb.

Rahidə Baxışova öncə hədəfinin Abbas Bağırov olduğunu açıqlasa da, verilişin sonuna 20 dəqiqə qalmış səs toplayacağı təqdirdə Pərvin Abıyevanı şoudan kənarlaşdıracağını elan edib. Amma o, yetərli səs toplaya bilməyib. Səs verənlərdən 46 faiz tamaçşaçı onun qalmasına səs verdiyindən Rahidə Baxışova üçün maşın əldən getdi.

Maşın uğrunda isə aşağıdakı şəxslər mübarizəni davam etdirir: 

1.Aytən Səfərova (aparıcı) 
2.Hüseyn Əzizoğlu (video blogger) 
3.Uran (reper) 
4.Pərvin Abıyeva (aktrisa) 
5.Abbas Bağırov (müğənni) 
6.Roza Zərgərli (müğənni)

Qeyd edək ki, Ələkbər Yasamallı və Firuzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd İlhamə ilə döyüşdə məğlub olsa da, Hüseyn Əzizoğlu onu ötən gün şoudan kənarlaşdırıb. Cavidan və Mətanət Əliverdiyeva Aytənlə, Əli Mirəliyev isə Pərvinlə mübarizədən məğlub ayrıldı. Ruhəngiz Musəvi isə Roza Zərgərli tərəfindən ötən gün şoudan kənarlaşdırıldı.

BAKU.WS