SİZİN REKLAM BURADA!
055 213 76 73
Şamaxı rayonunun Mirikənd kəndində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.
BAKU.WS-in
WhatsApp nömrəsinə qəzanın görüntüsü göndərilib. Kadrlardan göründüyü kimi “Ford” markalı mikroavtobus aşıb. Digər “Mercedes” markalı maşın isə yararsız hala düşüb.
Qəza zamanı mikroavtobusda olan 1 nəfər (sərnişin) xəsarət alıb və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri yaralını müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə nəticəsində "Mercedes"də olan 3 sərnişin, "Ford" markalı mikroavtobusda olan 10-a yaxın sərnişin Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzanın görüntüsünü təqdim edirik:
ŞahinBAKU.WS