SİZİN REKLAM BURADA!
055 213 76 73




İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

MTRŞ-dan BAKU.WS-ə verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə yeddi nəfər iddiaçı – Abbasov Rauf Müzəffər oğlu (Gəncə regional fövqəladə hallar və mülki müdafiə şöbəsi, rəis müavini), Abbasov Səbuhi Mübariz oğlu (7news.az saytı, baş redaktor), Mehrəliyeva Şəfəq Akif qızı (ADA Universiteti, aparat rəhbəri), Mehtiyeva Rahilə İbrahim qızı (Elit informasiya agentliyi, MMC baş direktor), Xəlilova Qərənfil Əli qızı (hazırda işsizdir), Qarayev Sadıq Qurban oğlu (AMEA Mərkəzi Nəbatat Bağı, elmi işçi), Qasımov Balakişi Ələkbər oğlu (İctimai Televiziya və Radio Yayımları Şirkəti, baş direktorun müavini) sənədlərini təqdim edib.

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin tam siyahısı belədir:

BAKU.WS