19 manata görə öldürülən taksi sürücüsünün evində ürəksızladan MƏNZƏRƏ - FOTO
» » 19 manata görə öldürülən taksi sürücüsünün evində ürəksızladan MƏNZƏRƏ - FOTO


16-05-2018 | 12:33

  • 21 322

19 manata görə öldürülən taksi sürücüsünün evində ürəksızladan MƏNZƏRƏ - FOTO


Bu gün Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində öldürülən Aydın Şıxəliyevin 7 mərasimidir.

BAKU.WS
xəbər verir ki, dəhşətli şəkildə qətlə yetirilən Aydın Şıxəliyev "yetimlər atası" kimi tanınırmış. Taksi xidmətilə çörək pulunu qazanan Aydın Şıxəliyev həmişə qohum-qonşunun köməyinə yetən biri olub.

Qonşuları BAKU.WS-ə bildirdilər ki, bu kişi "yetimlər atası" olub. Hamıya bacardığı qədər əl tutub. Kimin evində rəhmətə gedən olanda, o birinci köməyə gedirmiş. Həmin yerə şorqoğalı, çörəyi pulsuz paylayarmış. Heç kimdən pul götürməyib. Bu qədər yaxşı insan olub.

Aydın Şıxəliyevin həyat yoldaşı Firəngiz Şıxəliyeva hadisədən sonra böyük sarsıntı keçirib. O, hələ də həyat yoldaşının öldüyünə inana bilmir.

Qeyd edək ki, bu il mayın 8-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Şəhər Polis İdarəsinə məlumat daxil olub. Dərhal Polis İdarəsi və şəhər prokurorluğu rəhbərliyinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyidi tapılan şəxsin “Mersedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Məmmədov, Sumqayıt şəhərində yaşayan Rahin Hüseynov və Şəmkir rayon sakini Şamil Bayramov tutulub.

Məlum olub ki, saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər. Bu niyyətlə hər 3 şəxs mayın 8-də metronun “20 Yanvar” stansiyasının yaxınlığında Aydın Şıxəliyevin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşiblər.

Qabaqcadan nəzərdə tutulmuş yerə çatdıqda Şamil Bayramov və Rahin Hüseynov üzərlərində olan bıçaqlarla Aydın Şıxəliyevə çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər. Sonra onlar sürücünün cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək hadisə yerini tərk ediblər.

Ziya SƏCCAD
BAKU.WS





Top XəbərlərЛучшее на сайте
Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Əsas Xəbər / İqtisadiyyat "Get işinlə məşğul ol" - Canlı efirdə Toliklə Dövlət Yol Polisi İdarəsi arasında gərginlik - VİDEO Şou-biznes / Video Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Hadisə Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Əsas Xəbər / İqtisadiyyat "Kupalnik"i başına bəla olan 10 məşhur - FOTOLAR Şou-biznes Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Şou-biznes / Video Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Şou-biznes / Video Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Əsas Xəbər / Həyat tərzi Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Şou-biznes Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Əsas Xəbər / İqtisadiyyat Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Hadisə İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Sosial Azərbaycanda görünməmiş qəddarlıq (FOTO) Azərbaycanda görünməmiş qəddarlıq (FOTO) Hadisə Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Dünya Azərbaycan ilk ödənişli körpü — Hər keçəndən pul alır (VİDEO) Azərbaycan ilk ödənişli körpü — Hər keçəndən pul alır (VİDEO) Əsas Xəbər / Video / Sosial Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Şou-biznes Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… -  VİDEO Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… - VİDEO Şou-biznes / Video “Qoca” ilə birlikdə qatardan qaçan dustaq bütün SİRLƏRİ AÇDI - “ Fədayə Laçın ilə birgə ...” “Qoca” ilə birlikdə qatardan qaçan dustaq bütün SİRLƏRİ AÇDI - “ Fədayə Laçın ilə birgə ...” Əsas Xəbər / Hadisə Fədayə Laçının həbs müddəti açıqlandı Fədayə Laçının həbs müddəti açıqlandı Əsas Xəbər / Kriminal Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Əsas Xəbər / Hadisə / Video
Son əlavəПоследние публикации
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
14 avqust 2018

Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

16 Həyat tərzi
Bayram namazının vaxtı açıqlandı
14 avqust 2018

Bayram namazının vaxtı açıqlandı

229 Əsas Xəbər / Həyat tərzi
14 avqust 2018

"Oğurluq edib bağ tikməmişəm" - Manaf Ağayev - VİDEO

3 782 Şou-biznes / Video
Sahil Babayevdən YENİ TƏYİNAT
14 avqust 2018

Sahil Babayevdən YENİ TƏYİNAT

322 Siyasət