VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ünvanlı sosial yardımın alınması ilə bağlı şəffaflıq daha da artırılır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrupu yaradılıb. İşçi qrupu bu istiqamətdə araşdırmalar apararaq, çatışmazlıqların və qanunvericilikdəki boşluqların aradan qaldırılması ilə bağlı təkliflər verəcək.

Ünvanlı sosial yardım alınması ilə bağlı şəffaflıq daha da artırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb. Nazir Sahil Babayevin əmri ilə yaradılan işçi qrupuna nazirliyin və bir sıra yerli qurumların yüksək vəzifəli şəxsləri daxildir. İşçi qrupunun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, qarşıya qoyulan məqsəd ünvanlı sosial yardım sistemində təkmilləşdirmələr aparmaq, sistemi daha da şəffaflaşdırmaq, sosial ədalət prinsiplərini bərqərar etməkdən ibarətdir. İlk növbədə qanunvericilik təhlil ediləck və oradakı boşluqlar aradan qaldırılacaq.

İlqar Rəhimov qeyd edib ki, hazırda ünvanlı sosial yardımın təyini zamanı yeganə vətəndaş-məmur ünsiyyəti maddi-məişət şəraitinin yoxlanılması zamanı yaranır. Sakinlərin çoxsaylı şikayətləri nəzərə alınaraq bu istiqamətdə də ciddi araşdırmalar aparılacaq.

İlqar Rəhimovun sözlərinə görə, aktiv insanlara özünəməşğulluq proqramlarına qoşulmaq təklif ediləcək.

Ünvanlı sosial yardım üçün yeni müraciət edənlərə də özünəməşğulluq proqramına qoşulmaq təklif olunacaq.

BAKU.WS