VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün səhər saatlarında Bakı uzun sərnişin avtobusu sərnişinlərin diqqətini cəlb edib.

 

Şəhər sakinlərinin BAKU.WS-ə verdikləri məlumata görə, "BakuBus” şirkətinə məxsus uzun avtobus 1 saylı marşrut xətti istiqamətində işləyib.

BAKU.WS-in məlumatına görə, 1 saylı avtobus xətti istiqamətində 18 metr uzunluqda 1 avtobus buraxılıb. Həmin avtobus xəttə test məqsədilə buraxılıb.

Avtobus 2 saatlıq test üçün xətdə xidmət göstərdi. Yollarda sıxlıq, avtobusdan istifadə zamanı sərnişinlərin rahatlığı və s. məsələlər nəzərə alınacaq. Həmin avtobusun sərnişin tutumu 170-190 nəfərdir.


Qeyd edək ki, "Iveco Urbanway" markalı avtobus bu gün ilk dəfə olaraq Bakı küçələrində sınaq müddəti çərçivəsində hərəkət edir. Avtobus 1 nömrəli marşrut xətti istiqamətində xidmət göstərir.

Ziya Səccad
BAKU.WS