VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”.

APA xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyə Milli Məclis adından təşəkkür elan edilməsini təklif edib.

O, həmkarlarını Novruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb.

Sonda Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.

Novruz Məmmədov Milli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.

***12.14

Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası başlayıb.

“Report”un xəbərinə görə, iclasa Oqtay Əsədov sədrlik edir.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Xatırladaq ki, Artur Rasi-zadə 1996-cı ildən ölkənin baş naziridir.

BAKU.WS