VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakı bulvarında "Şeytan çarxı" atraksionu sökülür.


BAKU.WS
-in məlumatına görə, "Şeytan çarxı” istismar müddəti bitdiyi üçün sökülür.

Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov BAKU.WS-ə bildirib ki, hələlik onun yerində yeni atraksionun qoyulacağı barədə məlumt yoxdur.


"Şeytan çarxı” istismar müddətini bitirib. Bilirsiz ki, bulvarda ona oxşar yeni atraksion qoyulub. Bundan sonra da, bulvarda yeni, maraqlı və daha əyləncəli atraksionlar gətiriləcək”, - deyə Nazim Məcidov bildirib.

Ziya Səccad
BAKU.WS


FOTO: Seymur Şirinov