VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Azərbaycan Hava Yolları” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində beynəlxalq uçuşlara endirim elan edir. 

AZAL-dan BAKU.WS-ə verilən məlumata görə, kampaniya çərçivəsində aşağıdakı istiqamətlər üzrə aviabiletlərin qiyməti:

• Bakı – London – Bakı - 329 avrodan başlayaraq;
• London – Bakı – London - 269 funt sterlinqdən başlayaraq;
• Bakı – Milan – Bakı - 329 avrodan başlayaraq;
• Bakı – Paris – Bakı - 349 avrodan başlayaraq;
• Bakı – Nyu-York – Bakı - 499 avrodan başlayaraq;
• Nyu-Yok – Bakı – Nyu-York - 549 ABŞ dollarından başlayaraq;
• Bakı – Praqa – Bakı - 329 avrodan başlayaraq;
• Praqa – Bakı – Praqa - 359 ABŞ dollarından başlayaraq;
• Bakı – Təl Əviv – Bakı - 299 avrodan başlayaraq;
• Təl Əviv – Bakı – Təl Əviv - 329 ABŞ dollarından başlayaraq;
• Bakı – Lvov – Bakı - 289 avrodan başlayaraq;
• Lvov – Bakı – Lvov - 319 ABŞ dollarından başlayaraq;
• Bakı – Kazan – Bakı - 209 avrodan başlayaraq;
• Bakı – Sankt-Peterburq – Bakı - 279 avrodan başlayaraq.

Yeni il aksiyası çərçivəsində biletlərin satışı 2015-ci il dekabrın 10-dan başlayacaq və 2016-ci il yanvarın 10-dək davam edəcək. Uçuş tarixi –yanvarın 15-dən 2016-cı il fevralın 29-dək olmalıdır. 

Xatırladaq ki, avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları" bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim tətbiq edib. 

Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür. 

"Azərbaycan Hava Yolları”nın bütün beynalxalq reyslərində (aşağı büdcəli reyslər istisna olmaqla) AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar: http://www.azal.az/az/azal-miles). 
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz: (+99412) 598-88-80
*8880

BAKU.WS