SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının bəzi yolları salınarkən orada insanların təhlükəsizliyi nəzərə alınmır. Bəzi yollarda piyada səkilləri qoyulmur, bəzilərində isə piyada keçidləri. Şəhərdə hər an ölüm təhlükəsilə dolu olan yollardan biri də Zığ şossesidir.


BAKU.WS
-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə daim maraqlı videosujetlər yayan blogger Tural Yusifov bildirib. O, Zığ şosesində yolun qeyri-peşəkarcasına salındığını sübut edən video yayıb. Videodan da görmək olar ki, avtomobillərin sürətlə şütüdüyü yolda avtobus dayanacağı qoyulub. Sınıq salxaq dayanacaqda piyadaların avtobusda gözləməsi üçün şəraitsizlik bir yana, burada insanların həyatını təhlükəyə atan bir çox nüanslar var.


Belə ki, avtobusdan düşən piyada yolun digər tərəfinə keçmək üçün əvvəlcə kəlmeyi-şəhadətini deməlidir. Daha sonra qohum-əqraba ilə vidalaşmalı və yolu keçməyə risq etməlidir. Piayda keçidi olmayan ikitərəfli yolun ortasında çəkilən dəmir maneə isə yenə də problemdir.


Ziya Səccad

BAKU.WS