» » 21 bir əvvəl baş vermiş dəhşətli qətl! - Həsənağa Turabovun oğlu necə öldürülmüşdü


13-03-2018 | 21:22

  • 17 120

21 bir əvvəl baş vermiş dəhşətli qətl! - Həsənağa Turabovun oğlu necə öldürülmüşdü


Azərbaycan polisinin ən cəsur, qorxmaz nümayəndələrindən olan Daşqın Həsənağa oğlu Turabovun həlak olmasından bu gün 21 il ötür. Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili olmuş Daşqın Turabov 1997-ci il mart ayının 11-dən 12-ə keçən gecə silahlı cinayətkarın gülləsinə tuş gələrkən həyatını itirib.

BAKU.WS "Şimal xəbərlərinə istinadən məlumat verir ki, Siyəzən şəhər sakini Əlişir Tağıyevdə avtomat olması barədə əməliyyat məlumatı əsasında polis təcili əməliyyat keçirməli olub. Əməliyyat qruplarından birinin tərkibində olan Daşqın Turabov hamıdan əvvəl irəli atılaraq əvvəldən tanıdığı Əlişiri tutmaq istəyib, hətta: "Əlişir, mənəm, Kərbala" da deyib. Amma gözü qızmış cinayətkar silahındakı güllələrlə atəş açmağa başlayıb, atdığı 13 güllədən 6-sı Daşqına dəyib. Dərhal xəstəxanaya çatdırılan Daşqın hadisədən sonra cəmi 58 dəqiqə yaşayıb, "məni sağalt, həkim" də deyib. Amma öləcəyini hiss etdiyindən o, kəlmeyi-şəhadətini söyləyərək, gözlərini əbədi olaraq yumub.

Cəsur, xidməti vəzifəsini yerinə yetirərkən canını fəda etmiş Daşqın Turabovun ölümündən sonra Siyəzən polis şöbəsinin həyətində onun büstü qoyulub, şöbənin yerləşdiyi küçəyə adı verilib.

Daşqın unudulmaz xalq artistimiz, mərhum "Gəray bəy"imiz Həsənağa Turabovun böyük oğlu idi, onun büstü açılanda - 28 may 1998-ci ildə atası xəstə olduğundan gələ bilməsə də, Turabovun iş yoldaşları-mərhum xalq artistlərimiz Həsən Məmmədov, Yaşar Nuri, Səyavuş Aslan, Əliabbas Qədirov, Mikayıl Mirzə, hazırda yaşayan xalq artisti Əminə Yusifqızı, Azərpaşa Nemətov, tanınmış həmkarımız İlham Rəhimli büstün təntənəli açılışına qatılmışdılar.

1998-ci ilin dekabr ayında Heydər Əliyevin sərəncamı ilə Daşqın Turabov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub, ailəsindən öyrənirik ki, Heydər Əliyev həyətdə yas çadırı qurulanda telefonla Həsənağa Turabova başsağlığı da verib.

Amma Daşqın Turabovun büstü bir neçə ildən sonra hansı səbəbdənsə götürülərək anbara atılıb. "İstiPress”in işə qarışmasından sonra Siyəzən polis şöbəsinin yeni rəisi Valik Vəlimətov illərdir anbarda toz basmış büstü tapdıraraq xidməti otaqlardan birinə qoydurub, xatirəsinə guşə də hazırlatdırıb. Amma büstün yerinə təkrar qoyulması cənab Vəlimətovun səlahiyyətində olmadığından o, bu barədə heç bir açıqlama vermək istəmədi.

Siyəzən rayon icra hakimiyyətindən də analoji cavabı aldıq. Amma Daşqın Turabovun keçmiş iş yoldaşlarından biri, adının çəkilməsini istəməyən, hazırda DİN-də məsul vəzifə tutan bir polis rəsmisi məlumat verdi ki, Daşqın Turabovun büstü aprel ayının sonuna polis şöbəsinin yerləşdiyi küçəyə qoyulacaq, hazırda hazırlıq işləri gedir. Polis rəsmisi "adımı büstün yeni açılışında çəkərsiniz" dedi.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu il Həsənağa Turabovun anadan olmasının 80 illiyinin keçirilməsi barədə sərəncam imzalayıb. Buna görə prezidentə minnətdarlıq edən Turabovun qızı Sevinc Turabova deyir ki, qardaşımın büstünün yerinə qoyulmasını da cənab nazir Ramil Usubovdan xahiş edir

BAKU.WS


Top XəbərlərЛучшее на сайте
Azərbaycanda Azərbaycanda "cin çıxarma” zamanı ölən gəncin dəhşətli VİDEOsu Hadisə / Video İşləyənlərə şad xəbər - gəlir vergisi ləğv olunur İşləyənlərə şad xəbər - gəlir vergisi ləğv olunur İqtisadiyyat Tural Yusifov: “Yol polisi sürücüləri jalüzə görə cərimə edə bilməz” Tural Yusifov: “Yol polisi sürücüləri jalüzə görə cərimə edə bilməz” Əsas Xəbər / Sosial "Pariksiz ilk fotom"- Emini görənlər tanımadı (FOTO) Şou-biznes Abel Məhərrəmovun işdən çıxarılmasının əsl səbəbi - ŞOK İDDİA Abel Məhərrəmovun işdən çıxarılmasının əsl səbəbi - ŞOK İDDİA Əsas Xəbər / Siyasət Abel Məhərrəmovun içkili olduğu iddia edilən son çıxışı - VİDEO Abel Məhərrəmovun içkili olduğu iddia edilən son çıxışı - VİDEO Video / Siyasət Fazil Məmmədovun müalicədən sonra ilk görüntüsü - FOTO Fazil Məmmədovun müalicədən sonra ilk görüntüsü - FOTO Əsas Xəbər / Sosial Vaqif Əsədovdan jalüzlərlə bağlı VACİB AÇIQLAMA Vaqif Əsədovdan jalüzlərlə bağlı VACİB AÇIQLAMA Əsas Xəbər / Sosial “Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” – Azərbaycanda inanılmaz hadisə (FOTOLAR) “Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” – Azərbaycanda inanılmaz hadisə (FOTOLAR) Hadisə Bakının məşhur “avtoş”larından Bakının məşhur “avtoş”larından "Cabir-012" öldürüldü (VİDEO) Hadisə / Video Hüseynbala Mirələmov: Hüseynbala Mirələmov: "Axı sən kimsən ki, içib Şeyxi dolayırsan?.." Siyasət Prezident Abel Məhərrəmovu işdən çıxardı - RƏSMİ Prezident Abel Məhərrəmovu işdən çıxardı - RƏSMİ Əsas Xəbər / Siyasət “HELL” haqqında indiyədək heç kimin bilmədiyi faktlar - FOTO “HELL” haqqında indiyədək heç kimin bilmədiyi faktlar - FOTO Həyat tərzi Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHI Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHI Həyat tərzi Xatirənin dərin sinə dekoltesi Zaurun ağlını başından aldı -VİDEO Xatirənin dərin sinə dekoltesi Zaurun ağlını başından aldı -VİDEO Şou-biznes / Video Mirkamil qızını öldürmək istəyib (FOTO) Mirkamil qızını öldürmək istəyib (FOTO) Şou-biznes İlham Əliyev yeni Bakı merini təsdiqlədi – SƏRƏNCAM İlham Əliyev yeni Bakı merini təsdiqlədi – SƏRƏNCAM Əsas Xəbər / Siyasət Rəqsanədən əkizləri ilə bağlı pis xəbər (VİDEO) Rəqsanədən əkizləri ilə bağlı pis xəbər (VİDEO) Şou-biznes / Video Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM Əsas Xəbər / Siyasət Bakı şəhərinin yeni icra başçısı Eldar Əzizov kimdir? - DOSYE Bakı şəhərinin yeni icra başçısı Eldar Əzizov kimdir? - DOSYE Əsas Xəbər / Siyasət
Son əlavəПоследние публикации
Məhkəmə Əli Kərimlini cərimələyib
19 noyabr 2018

Məhkəmə Əli Kərimlini cərimələyib

67 Siyasət
Amaliya Pənahovanın vəzifəsi qızına verildi
19 noyabr 2018

Amaliya Pənahovanın vəzifəsi qızına verildi

228 Şou-biznes
AZAL Küveytə müntəzəm uçuşlara başlayır
19 noyabr 2018

AZAL Küveytə müntəzəm uçuşlara başlayır

58 İqtisadiyyat
Cəbhədə son vəziyyət
19 noyabr 2018

Cəbhədə son vəziyyət

57 Qarabağ
Bakıda azyaşlı uşaq ölümdən döndü - VİDEO
19 noyabr 2018

Bakıda azyaşlı uşaq ölümdən döndü - VİDEO

584 Hadisə / Video