VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Paytaxtda daha bir yolda təmir işləri yekunlaşıb.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, Mikayıl Əliyev küçəsinin İmaməddin Nəsimi küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. 
 
Xatırladaq ki, təmir işləri ilə əlaqədar olaraq Ramiz Quliyev küçəsində isə nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Süleyman Əhmədov küçəsindən və Gəncə prospektindən istifadə etmələri tövsiyə olunur.

Ötən gündən etibarən Yasamal rayonunda, Zahid Xəlilov və Haqverdiyev küçələrinin kəsişməsində qəza-bərpa işləri aparılmaqdadır. Təmir işləri "Azərsu" ASC tərəfindən aparılır və bir neçə günlük bu yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. 

Şahin Həbibov
BAKU.WS