VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ötən gün Azərbaycanda internetin fasiləsiz təminatında problem baş verib.

BAKU.WS
-in məlumatına görə, problemlə bağlı İT mütəxəssisi və "Delta Telekom”da təcrübə keçmiş Cahid İsmayılov ANS TV-də aydınlıq gətirib.

- "Delta Telekom”da təcrübə keçmiş birisi kimi yaxşı bilirsiniz ki, bu çox ağıllı bir sistemdir. Təsadüfən ölkənin bu cür internetsiz qalması nə dərəcədə mümkündür?

- Hazırda ölkənin baş provayderi "Delta Telekom”dur və uzun bir müddətdir ki, fəaliyyət göstərir. Bu müddət ərzində belə bir fakt qeydə alınmamışdı. Xatırladım ki, həm ölkəmizdə enerjinin verilməsində məhdudiyyətin yarandığı bir zamanda, həm də təbii fəlakət vaxtı internet kəsilməmişdi. Artıq xeyli vaxtdır ki, Azərbaycanda internet yoxdur. Biz bu halla ilk dəfədir ki, qarşılaşırıq. Buna görə də məhz bunu təxribatın olması ehtimalı üzərində daha çox dayanırıq.

- İnsanın müdaxiləsi dedikdə təsadüfən, yəni kiminsə bilmədən hansısa, bir avadanlığa toxunması və yaxud də qəsdən bilə-bilə ola bilər?

- Orada sadə bir sistem quraşdırılmayıb, mürrəkəb bir sistemdir. Səbəb internet kəsildiyi zaman alternativ xidmətlərdən istifadə olunsun. Elektrik erejisinin verilişi dayandığı zaman serverlər generatorlar vasitəsilə elektirk enerjisilə təmin olunur. Nəticədə isə internetin təminatında məhdudiyyət yaranmır. Texniki təchizata nəzər yetirsək internetin uzun bir müddətə kəsilməsini məhz texniki məsələlərlə bağlamaq inandırıcı deyil. Kiçik bir araşdırma sonucunda aydın olur ki, bu daha çox təxribata bənzəyir.

Müsahibənin davamı aşağıdakı video materialda

BAKU.WS