VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan BAKU.WS-ə verilən məlumata görə, iclasda “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, "Real TV" adlanacaq kanalın rəhbəri Azərbaycan Respublikasının əməkdar jurnalisti Mirşahin Ağayevdir.

BAKU.WS