VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
ABŞ prezidenti Barak Obama "Böyük İyirmiliyin” (G20) sammitinə qatılmaq üçün Antalyaya gəlib.
 
BAKU.WS-in məlumatına görə, Antalya havalımanında Obamanı Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Antalya valisi Muammer Türker, Böyükşəhər Bələdiyyə başçısı Menderes Türeli və digər rəsmilər qarşılayıb.

Obamanın gəlişindən dərhal sonra limuzinə minərək yerləşəcəyi otelə doğru hərəkət edib. ABŞ prezidenti Obamanın gəlişi səbəbiylə təhlükəsizlik tədbirləri görülüb. 

Obamanın G20 Liderlər Zirvəsi çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla ayrıca ikitərəfli görüş və mətbuat konfransı keçirəcəyi gözlənilir. 
 
Qeyd edək ki, bu gün Türkiyənin Antalya şəhərində "Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammiti öz işinə başlayır. İki gün davam edəcək sammitin gündəliyinə qlobal iqtisadi məsələlər, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi məsələlər daxil edilib. 
 
Şahin Həbibov
BAKU.WS