SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Nikoyl bank bəzi KİV-də onlar haqda yayılan xəbərə aydınlıq gətirib.
 
Nikoyl bankdan BAKU.WS-ə daxil olan məlumatda deyilir:

14 noyabr 2015 –ci il tarixində saytlarda "Nikoil” bank iflasın astanasında: Müştərilər pullarını istəyir, bankın isə pulu yoxdur...” adı altında dərc olunan yazıya cavab olaraq bildirmək istəyirik ki, dünyada iqtisadiyyatında baş verən böhrana baxmayaraq ölkə rəhbəri Cənab İlham Əliyevin Respublikada keçirdiyi düzgün islahatlarla bağlı olaraq ölkə iqtisadiyyatında böhran hiss olunmamış və bu sahə dinamik tempi ilə inkişaf edir. Bunun bariz nümunəsi olaraq qeyd edə bilərik ki, Nikoyl Bank ölkənin bank sektorunda öz stabil inkişafını qoruyub saxlayır və deyilənlərin əksinə olaraq ildən ilə inkişaf strategiyası qurur. Nikoyl Bankın nağd pul vəsaitləri ilə heç bir çatışmamazlığı yoxdur. İlin yekununa hazırlaşmaqla yanaşı Nikoyl Bank növbəti illər üçün strateji inkişaf yolunda öz fəaliyyətini uğurla qurmaqda davam edir. Nikoyl Bank müştəri itkisi ilə deyil əksinə ölkədən və xarici ölkə vətəndaşlarından depozitlər qəbul edir və bütün bank xidmətlərini müştərilərə göstərilməsində heç bir məhdudiyyət müşahidə olunmur. Əlavə olaraq bildiririk ki, sözügedən yazılar ölkədə iqtisadi inkişafı ləkələmək və əhalidə əsassız ajiotajın yaradılması, eləcə də Bankın işgüzar nüfuzuna xələl yetirmək xarakteri daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq heç bir hüquqi əsası olmayan yazının təkzib olunmasını Sizdən xahiş edirik və məsələ müsbət həll olunmadığı tədqirdə əsassız yazı nəticəsində vurulan zərər maddi və mənəvi tələblə hüquq müstəvisində mübahisələndiriləcək.

Qeyd edək ki, BAKU.WS adıçəkilən məqaləni qarşı tərəfin mövqeyi olmadığı üçün dərc etməmişdi. 

BAKU.WS