SİZİN REKLAM BURADA!
055 213 76 73



"Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun oğluna məxsus olduğu deyilən "10-AA-665" dövlət nömrə nişanlı "Mercedes–Benz S Class" avtomobili ilə bağlı açıqlama verib.

İ.Axundov "Ölkə.Az"-a açıqlamasında sözügedən avtomobilin ona və ya ailəsinə məxsus olmadığını bildirib:

"Bizdə ondan da bahalı avtomobillər var. O, nə avtomobildir ki? Yazılanlara fikir vermək lazım deyil. O, avtomobil bizə məxsus deyil. Əgər bizim olsaydı, onu gizlətməzdim".
Xatırladaq ki, ötən gün iqtisadçı-alim Qubad İbadoğlu sosial şəbəkədə "Brabus” şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobil modeli Mercedes-Benz S Class-ın şəklini paylaşaraq, onun kimə məxsus olması ilə bağlı izləyicilərə sual ünvanlayıb. "Bu avtomobil xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir. .. Avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır” – deyə iqtisadçı yazır.

"Qaynarinfo"ya daxil olan məlumata görə, bu bahalı avtomobil tikinti maqnatı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun oğluna məxsusdur.

BAKU.WS