SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda "Radioquraşdırma" zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb.

BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

***

Bakının Xətai rayonunda, Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" İstehsalat Birliyinin ərazisində güclü partlayış baş verib.

BAKU.WS-in məlumatına görə, partlayışdan sonra ərazidə yanğın başlayıb. Əraziyə əlavə yanğınsöndürmə briqadaları cəlb olunub.

Səhiyyə Nazirliyindən bildirilib ki, hələlik hadisə zamanı xəsarət alanın olması barədə məlumat daxil olmayıb.

***

Bakının Xətai rayonunda yerləşən keçmiş radiozavod ərazisində patlayış olub. Hadisə bu gün axşam saat 19:10 radələrində baş verib

Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat veriblər. Məlumata görə, hazırda həmin istiqamətdə yol bağlanıb, əraziyə xeyli sayda yanğınsöndürən, təcili yardım və patrul maşınları gəlib. Sakinlərin dediyinə gərə, partlayışın təsirtindən yaxınlıqdakı üçmərtəbəli yaşayış evinin içərisindəki əşyalar dağılıb. 

Hazırda ərazidə qatı tüstü müşahidə olunur. Hələlik hadisə barədə rəsmi açılqlama verilməyib.

BAKU.WS