VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”ndə dəyişikliklər edib. Dəyişikliyə əsasən, əməyin 1, 2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130 (əvvəl 116), 132 (əvvəl 121), 134 ( əvvəl 126) və 136 (əvvəl 132) manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.

Bu dəyişikliyə əsas minimum əmək haqqının 116 manatdan 130 manata qaldırılması olub. Beləliklə də, 2018-ci ilin yanvarın 1-dən etibarən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən və 1, 2, 3 və 4-cü tarif dərəcəsi ilə maaş alanların aşağı əmək haqları 4 manatdan 14 manatadək artıb.

BAKU.WS-in məlumatına görə, mütəxəssis Qubad İbadoğlu bildirir ki, burada 2 əsas məqam var:

"Birincisi, vahid tarif cədvəli 19 dərəcədən ibarətdir. Vahid tarif cədvəli üzrə ödəniş dərəcələri ixtisas tələbləri və iş stajı ilə fərqləndirilir. Məsələn. Ali məktəblərdə dosentlər iş stajından asılı olaraq 14-16 dərəcə ilə, professorlar isə 16-18 dərəcə ilə əmək haqqı alırlar. Hazırkı artım yalnız 1, 2, 3 və 4-cü dərəcə ilə aşağı əmək haqqı alanlara şamil olunur. Bu isə o deməkdir ki. 5-ci və ondan yuxarı olan bütün dərəcələr üzrə əməyin ödənişində dəyişiklik olmayacaq.

İkincisi, AMEA, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna edilməsi onlarda əməyinin ödənişinin Vahid Tarif Cədvəlinin fərqli olması ilə əlaqədardır. Belə ki, həmin müəssisə və təşkilatlarda çalışanlara Vahid Tarif Cədvəlinin 1-ci dərəcəsi üzrə 145 manat ödənildiyinə və bu məbləğ də minimum əmək haqqının hazırkı səviyyəsindən (130 manatdan) yüksək olduğuna görə, son dəyişikliklər onlara şamil olunmur".

Şahin
BAKU.WS