SİZİN REKLAM BURADA!
055 213 76 73



Tarif Şurasının qərarına əsasən, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.

Lakin son günlər aktual olan məsələlərdən biri də yeni ilin ilk günündən etibarən təbii qazın istehlakı ilə bağlı Lənkəran sakinlərinə verilən bildirişlərdə hesablamanın düzgün göstərilməməsidir.

ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı süjet hazırlayıb.

Azər Əliyev – Sakin: “Mən 27-si qaz borcumu ödəyəndən sonra təzədən qeydiyyatımı götürmüşəm aparmışam 3805 olduğu halda bunlar gəliblər 3955 yəni ayın 8-ə olan sərfiyyatı ayın 31-nin tarixi ilə mənə veriblər çeki. Ayın 8-in olan və sərfiyat varsa 20 qəpiklə vurublar”

Qurban İmamverdiyev – Sakin: “Dedilər ki, bu günə kimi bəs qaz yazılıb. Qaz yazılıbsa bəs bugünün tarixi niyə yoxdu. Bu ikinci dəfə yenə də ayın 1-dən yanvarın neçəsinə kimi yenə də təkrar olunacaq bu qaz pulun mənimçün yazacaqlar. Öz də limit yazıblar. İl təzə başlayıb necə olur limitə keçir”.

Anaoloji vəziyyət digər rayonlarda olduğu kimi Şəki şəhərində də sakinlərin narazılığına səbəb olub. Burada da sayğacın yekun hesablandığı günlə çekdə göstərilən tarix üst-üstə düşmür.

Qasımov – Sakin: “Ayın deməli 31-nə kmi 86 kub işlətmişəm amma ayın 7-də bu yazılır 163 kub gözəl.Yəni işlətdiyimi danmıram.Amma ki onda da mənə təzədən 20 qəpikdən yazılmağı normal vətəndaş olaraq təsir eləyir.Tək mən deyiləm neçə nəfərdə belədir”.

Sədrəddin Abdullayev – Sakin: “Gəlmişik bura əlimizdə göstəricilərimiz də var ayın 7-ə qədər 20 qəpikdən qaz pulu veriblər”.

Məmməd Bəşirov – Sakin: “Sayğacımın üstündə deyək 55 kubmetr yazıb gəlib o bildirişi veriblər Amma tarixin qoyublar 31-nə bunu nəyə əsasən belə eləyirlər”?

Yanvar ayının 2-ci həftəsi olmasına baxmayaraq, bəzi abonentlər hələ də mavi yanacaq üçün təyin olunan 1700 kubmetrlik limitin sıfırlanmadığını iddia edirlər.Bəs bu proses hansı qaydalarala həyata keçirilir?

İbrahim Kərbalayev – “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri: “Cari ildən Smartkarta aparılan ilk ödəniş tarixindən etibarən hesablamasına başlayacaq. Yəni, illik limitin verilməsinə başlayacaq. Onu da qeyd edim ki, mexaniki qaz sayğacların üzərindəki göstərici həm abonent həm də “Azəriqaz” İB nəzarət qrupu tərəfindən götürülür və bildiriş şəklində istehsalçıya təqdim edilir. Yəni hər ikisi də buna nəzarət edə bilirlər”.

Mövcud məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, sayğacların hesablanmasının yanvar ayının ilk həftəsinə qədər çəkməsi tətil günləri ilə əlaqədardır.

BAKU.WS