VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev Agentliyin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisinin hazırkı vəziyyəti barədə məlumat verib.

Bildirildi ki, ötən il dekabrın 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. 1843 ailəni mənzillə təmin edə biləcək bu yaşayış kompleksinin 29 çoxmənzilli binasının hər birinin müxtəlif icra mərhələlərində olan tikintisi, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel həyata keçirilir.

Kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılıb. Növbəti ilin yay aylarında kompleksin ilk mənzillərinin gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək.

BAKU.WS