31 dekabr ərəfəsində əfv gözlənilir
» » 31 dekabr ərəfəsində əfv gözlənilir


06-12-2017 | 21:47

  • 1 137

31 dekabr ərəfəsində əfv gözlənilir


Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalanacağı gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Modern.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü deyib ki, Azərbaycanda əfvlə bağlı sərəncam bir qayda olaraq, əlamətdar, tarixi günlərdə ölkə rəhbərliyi tərəfindən verilir:
“Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib. Son illərin təcrübəsinə nəzər salsaq, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 2016-cı il istisna olmaqla cənab prezident tərəfindən əfv sərəncamları imzalanıb. Ona görə bu il də əfv sərəncamının veriləcəyi istisna edilmir. Lakin nəzərə almaq lazımdır ki, əfv vermək hüququ ölkə rəhbərliyinin müstəsna səlahiyyətlərinə aiddir və onun nə zaman verilməsini prezident müəyyənləşdirir”.

Ə.Nuriyev qeyd edib ki, Əfv Məsələləri Komissiyanın Katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları, təhlükəsizlik və müdafiə məsələləri üzrə şöbənin əfv sektoru fasiləsiz fəaliyyət göstərir. Əfvlə bağlı daxil olan müraciətlər araşdırılır, müraciətlərlə bağlı müvafiq rəylər alınır. Hazırlanmış ümumi rəylər Komissiyanın sədrinə təqdim olunur.

“Ötən il Azərbaycanda əfvlə bağlı minə qədər müraciət daxil olmuşdu. O müraciətlərdən 100-dən artığı qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün baxılmamış saxlanıb. Digər 900-ə yaxın müraciətə Komissiyanın iclasında baxılıb və 423 nəfər prezident İlham Əliyevin sərəncamı ilə Novruz bayramı ərəfəsində cəzadan azad edilib, yaxud cəzalarının müddətində dəyişiklik edilib.
Bu gün də əfvlə bağlı məhkumlardan, onların qohumlarından, vəkillərindən, Milli Məclisin deputatlarından, eyni zamanda, qeyri-hökumət təşkilatlarından müraciətlər daxil olur. Bu müraciətlər cənab prezidentə ünvanlanır. Bütün müraciətlər Əfv Komissiyasının Katibliyinə göndərilir”.

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanda cəzanın humanistləşdirilməsi istiqamətində çox geniş fəaliyyətlər həyata keçirilməkdədir:
“Eyni zamanda, hüquqi islahatların yeni bir dalğası istiqamətində çox mühüm qanunlar qəbul edilib. Bu günlərdə Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklər edildi. Cəzanın humanistləşdirilməsi, ayrı-ayrı maddələrin sanksiyalarının yüngülləşdirilməsi, eyni zamanda azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların Cinayət Məcəlləsinə gətirilməsi, habelə cinayət əməllərinin dekriminallaşdırılması istiqamətində mühüm dəyişikliklər baş verdi ki, bu, cinayət təqibi istiqamətində davamlı yol xəritəsi kimi də qəbul edilməlidir”.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Əsas Xəbər / İqtisadiyyat "Get işinlə məşğul ol" - Canlı efirdə Toliklə Dövlət Yol Polisi İdarəsi arasında gərginlik - VİDEO Şou-biznes / Video Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Hadisə Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Əsas Xəbər / İqtisadiyyat "Kupalnik"i başına bəla olan 10 məşhur - FOTOLAR Şou-biznes Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Şou-biznes / Video Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Şou-biznes / Video Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Əsas Xəbər / Həyat tərzi Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Şou-biznes Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Əsas Xəbər / İqtisadiyyat Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Hadisə İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Sosial Azərbaycanda görünməmiş qəddarlıq (FOTO) Azərbaycanda görünməmiş qəddarlıq (FOTO) Hadisə Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Dünya Azərbaycan ilk ödənişli körpü — Hər keçəndən pul alır (VİDEO) Azərbaycan ilk ödənişli körpü — Hər keçəndən pul alır (VİDEO) Əsas Xəbər / Video / Sosial Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Şou-biznes Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… -  VİDEO Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… - VİDEO Şou-biznes / Video “Qoca” ilə birlikdə qatardan qaçan dustaq bütün SİRLƏRİ AÇDI - “ Fədayə Laçın ilə birgə ...” “Qoca” ilə birlikdə qatardan qaçan dustaq bütün SİRLƏRİ AÇDI - “ Fədayə Laçın ilə birgə ...” Əsas Xəbər / Hadisə Fədayə Laçının həbs müddəti açıqlandı Fədayə Laçının həbs müddəti açıqlandı Əsas Xəbər / Kriminal Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Əsas Xəbər / Hadisə / Video
Son əlavəПоследние публикации
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
14 avqust 2018

Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

14 Həyat tərzi
Bayram namazının vaxtı açıqlandı
14 avqust 2018

Bayram namazının vaxtı açıqlandı

228 Əsas Xəbər / Həyat tərzi
14 avqust 2018

"Oğurluq edib bağ tikməmişəm" - Manaf Ağayev - VİDEO

3 768 Şou-biznes / Video
Sahil Babayevdən YENİ TƏYİNAT
14 avqust 2018

Sahil Babayevdən YENİ TƏYİNAT

319 Siyasət