SİZİN REKLAM BURADA!
055 213 76 73



Moskvada futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutub.

BAKU.WS Apasport.az saytına istinadən xəbər verir ki, mərasimdə planetin ən yaxşı 32 komandası 8 qrupa bölünüb.

DÇ-2018-də Avropadan 14 komanda - Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq.

Mindialda Cənubi Amerikanı 5 yığma - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiyanın 5 komandası - İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq. Tədbirdə Rusiya prezidenti Vladimir Putin və digər dövlət xadimləri də iştirak ediblər.

Beləliklə dünya çempionatının qrupları aşağıdakı komandalardan ibarət olub.

A qrupu
1. Rusiya
2. Səudiyyə Ərəbistanı
3. Misir
4. Uruqvay

B qrupu
1. Portuqaliya
2. İspaniya
3. İran
4. Mərakeş

C qrupu
1. Fransa
2. Peru
3. Danimarka
4. Avstraliya

D qrupu
1. Argentina
2. Xorvatiya
3. İslandiya
4. Nigeriya

E qrupu
1. Braziliya
2. İsveçrə
3. Kosta Rika
4. Serbiya

F qrupu
1. Almaniya
2. Meksika
3. İsveç
4. Cənubi Koreya

G qrupu
1. Belçika
2. İngiltərə
3. Tunis
4. Panama

H qrupu
1. Polşa
2. Kolumbiya
3. Seneqal
4. Yaponiya

BAKU.WS