Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)
» » Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)


10-11-2017 | 15:38

  • 35 613

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)


BAKU.WS qalmaqallı reper Elşad Xose ilə müsahibəni təqdim edir.

"Aristokrat Travel"in dəstəyi ilə reallaşan müsahibədə reper indiyədək mətbuata açıqlamadığı şok fikirlər bildirib. O, narkotikə necə qurşanmasından, həbsxana həyatından və Oksana ilə olan münasibətlərindən indiyədək heç yerdə demədiyi açıqlamaları ilə yadda qalıb.


- Elşad kefin-əhvalın necədir?
- Şükür Allaha. Buna da şükür.

- Elşad illərdir yeni mahnın yoxdur, buna səbəb nədir?

- Sözün açığı mən dəfələrlə bunu qeyd etmişəm ki, əvvəlki həvəsim qalmayıb. Bilmirəm böyüyürükmü və ya qalmaqal və inkişafın olmamağıdandır. Son 5 ildə ümumiyyətlə yeni bir iş olmayıb.

- Azərbaycanda repin vəziyyəti nə yerdədir?
- Azərbaycanda repin karifeyləri bir az ağır səslənsə də demək olar ki, heç biri işləmir. Mən də onlara aid etmək olar. Cavan, istedadlı reperlərin də ki, özlərini göstərməyə meydan, efiri yoxdur. Durğunluq, sakitlik dövrüdür. 2000-ci illərin rep ab-havasına baxanda və bu günkü mənzərə ilə müqayisə etdikdə görürünür ki, bu günkü rep sıfır vəziyyətindədir.

- Repdən- aktyorluğa keçmisən? “Mələyin Öpüşü” filmi sənin fikrincə uğurlu oldumu?
- Əvvəllər də özümdə aktyorluğu görürdüm. Amma deyilənə görə, bu gözləniləndən artıq oldu. Çünki işim hamının xoşuna gəldi. Uğurlu oldumu deyəndə isə, keyfiyyətli, ortalığa çıxılası bir iş var və biz bu işdə iştirak etmişik. Dahi aktyor Fuad Poladov kimi insanla bir filmdə çəkilmişik. Mənim üçün təkcə bu böyük bir uğurdur. Bundan o tərəfi yoxdur.

- Əjdahanın başını kəsmək necə bir hissdir?

-Vay... Vay... Vay... Bu əjdahanın başı deyəsən illər keçəcək aktual mövzu olaraq da qalacaq. O günlərə qayıtsaq deyərdim ki, dostum Raufun bu oyunda səhvini düzəltmək lazım idi. Düzəltdik də. Əjdahanın başını kəsmək gözəl bir hissdir.

- Qadında səni cəlb edən nədir?
- İlk növbədə sima. Sima və göz. Çünki ilk baxışdan xanımın savadını bilmək olmur.

- Qadına şiddətə necə baxırsan?
- İnandırım sizi bəzən elə məqamlar olur ki, bu mümkündür.

- Oksananı döydüyün deyilir. Həqiqət nə yerdədir?
- Mütəmadi olaraq aramız dəyir, mübahisə edirik, amma burda elə də şişirdiləsi bir şey yoxdur. Elə də ciddi söz-söhbət olmayıb.

- Narkotik qəbul etməyin arıqlamağına səbəb ola bilərmi?
- 2000-ci ildən mən mütəmadi olaraq narkotiklərlə dostluq edirdim. Sözsüz ki, müəyyən çıxmaq şərti ilə. 2 il, 3 il, 4 il aralı qaldım, tərgitmişdim.
Amma müəyyən anlarda fikir, depressiya gəlir yenə də narkotik məsələsi önə çıxır. Amma bu 17 il ərzində mən bu dərəcədə arıqlamamışdısa, demək ki, arıqlamağımın narkotikə dəxli yoxdur. Ola bilər ki, hər hansı bir təsiri var amma ümumi arıqlamağımın günahı narkotik deyil. Çünki dəfələrlə elə pis periodlar olub ki, elə həmin vaxtlarda arıqlayardım.

- Ateistlikdən namaza keçid yolun necə oldu?
- Sözlərimi düz yozmayıblar. Amma Allaha sözsüz inanıram. Hər zaman da inanmışam. Dinlər, çərçivələr, fəlsəfələr bunlardan bir az uzağam. İndi kimdə Allahdır, kimdə Krişnadır, kimdə İsadı, kimdə nədi... Amma belə bir qüvvə var, bizi idarə edən bir qüvvə... Biz ona tabeyik və biz onu dərk edə bilmərik. Çünki biz yaradılmışıq, o isə yaradandır. Yaradılan kəs yaradanını dərk edə bilməz.

- Həbsxanada sənə qarşı münasibət necə idi?
- Sizə deyim ki, utanılası bir şey də yoxdur, fəxr ediləsi də. Sadəcə olaraq həyat belə gətirdi ki, müəyyən zamanda mən həbs edildim. Mənim kimi yaradıcı insan 4 divar arasında təklikdə qaldı. Dəyib-dolaşan yox idi, yaradılıcılıqla məşğul ola bilirdim. Repertuarımda olan bir-iki tanınmış, xoşagələn mahnı var ki, (“Atalar Üçdən Deyib”, “Xüsüsən”) mən elə onu həbsxanada yazmışam. 2007-ci ildə mən 8-10 gün həbsxanada oldum və sonra zaminə buraxıldım. Yadımda qalan o oldu ki, həmin ərəfələrdə çox böyük əks-səda doğuran məhkəmə-cinayət işləri var idi. Elə gətirdi ki, mənimlə üzbəüz kameralarda, eyni korpusda yetərincə tanınmış insanlar idi. Keçmiş nazirlər, generallar, rəislər... Mənim yaddaşımda maraqlı kimi qalan həmin elə o şəxslər olub. Çünki biz ünsiyyət qurub onlarla mütəmadi olaraq söhbətləşirdik.

- Karyeranı bitirməyi düşünürsən?

- Mən repə ümiyyətlə iş kimi yox hər zaman məşğuliyyət kimi baxmışam. Ona görə də, mən karyeramı bitirsəm də yenə də yazı-pozu ilə məşğul olacam. Amma bu yaxınlarda hesabat konserti ilə qarşınıza gələcəm. “Vida” konserti keçirmək istəyirəm. Artıq 20 ildir ki, səhnədəyəm və bu bütün 20 ili əhatə edən hesabat konserti verəcəm.

- Gündəmin nəbzini tutan “oyaq” reperlər kimlərdir?
- Miri Yusif zamanın nəbzini tutub və çox gözəl işləyir. Miri Yusif elə öncədən də işgüzar olub. Sadəcə Namiq Qaraçuxurlu kimi Miri Yusif də başa düşdü ki, repdən, meyxanadan bir şey çıxmaz. Mahnıya keçmək lazımdır.

- Gənc reperlərdən kimi qəbul edirsən?
- Okaber, Orxan "Qarabasma", özünü tanımasam da "EKSPERT" var və sözsüz ki, həyatda dostum “Dado” ləqəbli Səidimiz var.

- Gözlərindəki parıltı sanki sönüb. Buna səbəb nədir?
- Adətən o gözdəki parıltı ölümə yaxın halda itir. Həyatımın son dəqiqələrini yaşayan bir insan kimi görünürümsə əgər o başqa məsələ. Gözlərimdəki o qığılcım yoxdursa yəqin ki, yaxın gələcəkdə gələr.

- Sonda nə demək istərdin?
BAKU.WS saytı vasitəsilə demək istərdim ki, "Maşın şou"da məni dəstəklədiyiniz üçün qarşınızda baş əyirəm. Hamıya salamlar. Minnətdaram. Öpürəm sizi.

(c) BAKU.WS
Zümrüd Cavadova \ Çinarə Vahabzadə

Sponsor: Aristokrat Travel
Top XəbərlərЛучшее на сайте
Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Bu günlərdə Azərbaycanda benzinin qiyməti artacaq Əsas Xəbər / İqtisadiyyat "Get işinlə məşğul ol" - Canlı efirdə Toliklə Dövlət Yol Polisi İdarəsi arasında gərginlik - VİDEO Şou-biznes / Video Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Azərbaycanda axşam çaxan ildırım dəhşətə SƏBƏB OLDU – Ölən var Hadisə Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR Əsas Xəbər / İqtisadiyyat "Kupalnik"i başına bəla olan 10 məşhur - FOTOLAR Şou-biznes Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Anar Nağılbazın ikinci həyat yoldaşı haqqında dəhşətli faktlar - anası AÇIQLADI - VİDEO Şou-biznes / Video Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Brilliant Dadaşova oğlunun doğum günündə ağladı - VİDEO Şou-biznes / Video Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Hacı Zeynalabdin Tağıyev barədə heç yerdə olmayan ŞOK FAKT - Hacının BUZ kimi ürəyi Əsas Xəbər / Həyat tərzi Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Günün günorta çağı dənizdə sevişdilər - FOTOLAR Şou-biznes Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Mərkəzi Bankdan dolların məzənnəsilə bağlı VACİB AÇIQLAMA Əsas Xəbər / İqtisadiyyat Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi Hadisə İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA İşıqpulunun artıq yazılması ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Sosial Azərbaycanda görünməmiş qəddarlıq (FOTO) Azərbaycanda görünməmiş qəddarlıq (FOTO) Hadisə Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Tramp bunu gözləmirdi: dünya dolları türk lirəsinə dəyişdirir Dünya Azərbaycan ilk ödənişli körpü — Hər keçəndən pul alır (VİDEO) Azərbaycan ilk ödənişli körpü — Hər keçəndən pul alır (VİDEO) Əsas Xəbər / Video / Sosial Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Nazın Instagram səhifəsi bağlandı: +18 videoya görə Şou-biznes Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… -  VİDEO Samiraldo Anar Nağılbazla bağlı faktı açıqladı: Zaqulba yolunda məni maşına mindirib… - VİDEO Şou-biznes / Video “Qoca” ilə birlikdə qatardan qaçan dustaq bütün SİRLƏRİ AÇDI - “ Fədayə Laçın ilə birgə ...” “Qoca” ilə birlikdə qatardan qaçan dustaq bütün SİRLƏRİ AÇDI - “ Fədayə Laçın ilə birgə ...” Əsas Xəbər / Hadisə Fədayə Laçının həbs müddəti açıqlandı Fədayə Laçının həbs müddəti açıqlandı Əsas Xəbər / Kriminal Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR? - VİDEO Əsas Xəbər / Hadisə / Video
Son əlavəПоследние публикации
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
14 avqust 2018

Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ

16 Həyat tərzi
Bayram namazının vaxtı açıqlandı
14 avqust 2018

Bayram namazının vaxtı açıqlandı

229 Əsas Xəbər / Həyat tərzi
14 avqust 2018

"Oğurluq edib bağ tikməmişəm" - Manaf Ağayev - VİDEO

3 783 Şou-biznes / Video
Sahil Babayevdən YENİ TƏYİNAT
14 avqust 2018

Sahil Babayevdən YENİ TƏYİNAT

322 Siyasət