SİZİN REKLAM BURADA!
055 213 76 73



"Maşın" şounun qalibi müğənni Talıb Taleh qazandığı avtomobillə Göygöl rayonuna ata evinə gedib.

BAKU.WS-in məlumatına görə, Talıb Taleh uşaqlığının keçdiyi həyətə daxil olarkən qoyun qurban kəsilib.

Müğənni atası Ələsgər Ələsgərovla görüşərkən duyğusal anlar yaşanıb. Ata göz yaşlarına hakim ola bilməyib.

Talıb Taleh evin təmiri ilə bağlı da açıqlama verib. O bildirib ki, atasına evin təmir olunması barədə dəfələrlə bildirsə də
ata bununla razılaşmayıb.

"Şükürlər olsun qazancım var və təmir etmək imkanım da var. Amma atam icazə vermir", - deyə Talıb Taleh qeyd edib.

Müğənninin ögey anası Validə Bağırova isə qeyd edib ki, Ələsgər Ələsgərov dializ xəstəliyindən əziyyət çəkir.

"Talıb Taleh atasının müalicəsini xeyli pul xərcləyib. O pulla bu evi təmir edə bilərdi", - deyə Validə Bağırova qeyd edib.

BAKU.WS