SİZİN REKLAM BURADA!
055 213 76 73



Tərtərdə evli kişi başqa qadını qaçırıb.

BAKU.WS “Xezerxeber.az”a istinadən məlumatına görə, Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini, 22 yaşlı Şahnaz Heydərli 3 il əvvəl sevdiyi oğlan, həmkəndlisi Vahid Qasımlı ilə ailə qurub.

Hazırda cütlüyün 2 yaşlı bir qız övladı var. İkinci uşağa hamilə olan qadının bir neçə aydan sonra körpəsi dünyaya gələcək. Bir neçə gün əvvəl aldığı bir xəbər isə onu şoka salıb. Belə ki, onun həyat yoldaşı Vahid Qasımlı başqa bir qızı evlənmək məqsədilə qaçırıb.

Ş.Heydərli deyir ki, son vaxtlar atası ağır xəstəlikdən əziyyət çəkdiyindən tez-tez ona baş çəkib. Bu isə qayınanasının etirazına səbəb olub. Söz-söhbət böyüyüb və cütlük arasında narazılıq yaranıb.

Gənc qadının dediyinə görə, həyat yoldaşının başqaları ilə telefonda yazışdığını bilib, amma bunu açıb-ağartmayıb.

Həyat yoldaşının onunla nikahda ola-ola başqasını qaçırması aralarındakı münasibətlərin tamamilə qopmasına səbəb olub. İndi Şahnaz boşanmaq istəyir.

BAKU.WS