SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
ABŞ Mərkəz Bankının (FED) dollar barəsində son açıqlaması dünya birjalarını canlandırıb.
 
BAKU.WS-in məlumatına görə, FED dolların uçot dərəcəsini 0-0,25% civarında saxlayıb. ABŞ Mərkəz Bankından bildirilib ki, iqtisadi proseslərin mülayim bir sürətlə müsbətə doğru irəliləməsi nəzərə alınaraq dolların uçot dərəcəsinə dekabr ayında baxılacaq. FED-in bu şərhindən sonra dünya birjalarında dollar sürətlə bahalaşmağa başlayıb. 

FED 16 dekabr 2008-ci ildən bu yana faizi eyni səviyyədə tuturdu. Bu qərardan sonra da faizlərdə dəyişiklik qeydə alınmayıb. Faizlərin sabit saxlanılması qərarı FED-in rəhbər şəxsləri arasında səsvermə nəticəsində verilib. FED-in iclasında bildirilib ki, qlobal inkişaf iqtisadi böyüməyi məhdudlaşdırır. 
 
BAKU.WS