SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın “National Geographic” kanalı Bakı haqqında sənədli film hazırlayıb. 

BAKU.WS-in məlumatına görə, paytaxtımız haqqında çəkilən ekran işi "Dünyanın heyrətamiz şəhərləri: BAKI" adlı layihə çərçivəsində ərsəyə gəlib.  

Bu layihə bir müddət “National Geographic” kanalında yayımlanacaq. Bakı haqqında maraqlı sənədli filmə 6 oktyabr tarixində Bakı vaxtı ilə 15:50-də  (14:50 Moskva), 7 oktyabr tarixində isə 21:15-də (20:15 Moskva) baxa biləcəksiniz.

Bakı haqqında sənədli filmə bu linkdən onlayn baxa bilərsiniz: http://only-tv.org/national-geographic.html

National Geographic Society – 1888-ci ildə əsası qoyulmuş, dünyanın ən böyük qeyri-kommersiya təşkilatlarından biridir. Onun qlobal missiyası elmi, araşdırma, təhsil və təbiətin mühafizəsi üzrə proqramlara dəstək verməkdir. Cəmiyyət 9000-dən çox layihəni maliyyələşdirmişdir. NGS həmçinin 35 dildə jurnal, kitab, TV proqram, film, xəritə, DVD və multimedia diskləri hazırlayır. National Geographic jurnalının dünya üzrə auditoriyası ay ərzində 300 milyon insan təşkil edir.

Şahin
BAKU.WS