SİZİN REKLAM BURADA!
055 213 76 73



Telejurnalist Turan İbrahimova yenidən efir qadağası qoyulduğu barədə xəbərlər yayılıb.

BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb aparıcının “ATV səhər” verilişinin efirə çıxmamasıdır.

T.İbrahimovun proqramının yerinə tanınmış aparıcı “İlqarla 1 gün” verilişi yayımlanıb.

İddia olunur ki, Turan İbrahimov efirdə bəzi məmurları sərt tənqid etdiyinə görə onun yenidən efirə çıxmasına qadağa qoyulub.

Bir neçə gün əvvəl Turan İbrahimov bütün Qafqazın Şeyxi Allahküşür Paşazadənin qudası Hacı Qalib Salahzadəni efirdə təhqir edib:

“Hiss olunur ki, danışdıqca batır və batırır. Niyə? Söhbət ondan gedir ki, mal, mülk kimə qalacaq müəyyən suallar doğuran məsələdir. Onun oğlu iki rükət namazı güclə qılır, necə şeyx ola bilər. Bütün Qafqazın şeyxi, dini-mənəvi liderinin oğlu iki rükət namazı zorla qılırsa necə imanlıq edə bilər?”

Daha əvvəl də “ATV səhər”in yayımı dayandırılmışdı. Buna səbəb kimi aparıcının efirdə bəzi millət vəkillərini sərt tənqid etməsi göstərilrdi.

BAKU.WS