SİZİN REKLAM BURADA!
055 213 76 73



Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

BAKU.WS