SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Türkiyənin təşəbbüsü ilə İslam Konfransı Təşkilatına daxil olan ölkələrlə birlikdə fəaliyyət göstərərək Maynmada baş verən hadisələrə təsir edə bilər.

Bunu BAKU.WS-ə açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Azərbaycan Arakandakı müsəlmanlara dəstək vermək məqsədilə növbədə Banqladeşlə əlaqə saxlayaraq ölkəyə gələn qaçqınlar və məcburi köçkünlərə kömək etmək məsələsini müzakirə edə bilər.

“Türkiyə və İranın Banqladeşə maddi yardım etməklə bu problemin həlli istiqamətində işlər görülməsi nəzərdə tutulub. Azərbaycanın da Türkiyənin təşəbbüsü ilə İslam Konfransı Təşkilatına daxil olan ölkələrlə birlikdə fəaliyyət göstərməsi nəzərdə tutulur. Azərbaycan Myanma məsələsində bu çatı altında diplomatik addımlar ata bilər. Bizim müstəqil şəkildə müdaxilə etmək imkanımız yoxdur, çünki diplomatik çevrəmiz o qədər də geniş deyil. Lakin Azərbaycan Türkiyə ilə birlikdə İslam əməkdaşlıq Təşkilatı vasitəsilə Arakana dəstək verən aparıcı ölkələr sırasında olmalıdır”, - deyə Fazil Mustafa bildirdi.

Myanma ordusu avqustun 25-dən bu yana Arakan əyalətində müsəlmanların yaşadığı 60-dan çox kənddə evləri yandırıb, dağıdıblar. Minlərlə müsəlman vəhşicəsində qətlə yetirilib. On minlərlə insan isə ölkədən qaçmağa məcbur olub.

Ötən gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də Myanmada baş verən kütləvi qırğınla bağlı bəyanat verib.

Qeyd olunur ki, QMİ Myanmada Rohinca müsəlmanlarına qarşı həyata keçirilən soyqırımını qətiyyətlə pisləyir, insanlıq əleyhinə əməllərin dərhal dayandırılmasını tələb edir.

Azər Məmmədov
BAKU.WS