VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Keçmiş nazir Ziya Məmmədovun ölkəni tərk etməsi barədə informasiya yayılıb.
 
Bildirilib ki, eks-nazir ölkəni həmişəlik tərk etmək qərarına gəlib.

BAKU.WS xəbər verir ki, modern.az saytı məsələni dəqiqləşdirmək üçün keçmiş nazirin qardaşı Elton Məmmədovla əlaqə saxlayıb. Eks-deputat saytımıza açıqlamasında deyib ki, xəbər həqiqəti əks etdirmir.
 
"Ölkəni də, vətəni də şərəfsizlər tərk edər! Ziya Məmmədov ölkəsini, vətənini niyə tərk etməlidir ki?!”.
 
Sabiq deputat Elton Məmmədov mətbuatın Ziya Məmmədovla bağlı ona sual ünvanlamasını yaxşı qarşılamadığını da deyib.
 
"Dəfələrlə bütün mətbuat nümayəndələrinə demişəm ki, mənimlə bağlı nə sualınız varsa, cavablandırmağa hazıram. Amma Ziya Məmmədovla bağlı mənə sual verməyin!”.
 

BAKU.WS