SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda sərnişin avtobus qəza törədib, yaralananlar var.

Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, hadisə zabrat yolunda baş verib.

Belə ki, 10- TE-168  qeydiyyat nömrə nişanlı, 98 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan 90-SR-660 dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

BAKU.WS