VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda daha bir yeni avtobus xətti açılacaq.

BAKU.WS
-in məlumatına görə, yeni açılacaq xəttdə "BakuBus” avtobusları işləyəcək. Yeni açılacaq "BakuBus” avtobusu "20 yanvar” metrosundan "Koroğlu” metro stansiyasına qədər işləyəcək.

Yeni avtobus xətti bir-neçə günə fəaliyyətə başlayacaq. Bundan başqa, 2 əlavə xəttin də açılması planlaşdırılır.

Bir neçə gün öncə test olaraq xəttə buraxılan 4 saylı "BakuBus” avtobusu isə hələlik dayandırılıb. "N.Nərimanov” metrosundan "Xətai” metrosu istiqamətində işləyən avtobus xəttinin perspektivi olmadığı üçün dayandırıldığı güman edilir. Hələlik həmin istiqamətdə "BakuBus”un avtobusunun olub-olmayacağı dəqiq bilinmir.

Ziya Səccad

BAKU.WS