SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın məşhur şahmatçısı Şəhriyar Məmmədyarov tarixi uğur qazanıb. 
 
BAKU.WS-in məlumatına görə, dünya şahmatında 2800 xal baryerni keçən yalnız 12 qarsmeyster var idi. Azərbaycanın fəxri Şəhriyar Məmmədyarov bu bareyeri keçərək 13-cü şəxs olaraq adını dünya şahmat tarixinə yazdırıb.
 
Qeyd edək ki, Şəhriyar Məmmədyarov 12 aprel 1985-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olub. O Sumqayıtda 23№-li məktəbi bitirdikdən sonra professional şahmatçı karyerasını seçib. 1993-cü ildə Şəhriyarın atası ona şahmat oynamağı öyrətdi və həmin ilin yayında Şəhriyar, onun ilk şahmat məşqçisi olan Validə Bayramovanın işlədiyi Sumqayıt şahmat məktəbində dərslərə başladı.

Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki, üç Beynəlxalq qrossmeysterdən ibarətdir: Şəhriyar Məmmədyarov, böyük bacısı-Zeynəb Məmmədyarova və kiçik bacısı-Türkan Məmmədyarova. Fərdi dünya və Avropa birinciliklərindən Azərbaycanın xəzinəsinə bu ailə tərəfindən 12 medal gətirilib. Bunlardan 7-si qızıl, 3-ü gümüş və 2-si bürünc medallardır. Şəhriyara qaldıqda isə fərdi yarışlardan o 4 qızıl, 2 gümüş və 1 bürünc medalın sahibidir. Şəhriyar 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olmuş dünyada yeganə şahmatçıdır.
 
Şahin Həbibov
BAKU.WS