SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Kanadadan yüksək keçicilik qabiliyyətinə malik 8 ədəd ARGO maşını alıb.


BAKU.WS-in məlumatına görə, bu barədə "AzeriDefence”yə ARGO şirkətindən bildirilib. 

Yüngül çəkili, 6x6 və 8x8 konfiqurasiyalı bu maşınlar hər cür hava və relyef şəraitində xilasetmə, yüklərin çatrıdılmasında istifadə oluna bilir. Qarlı havalarda bu maşınların təkərinin üzərinə rezin palet çəkərək paletli versiyaya çevirmək mümkündür.
 
Maşın heç bir əlavə avadanlıq quraşdırılmadan kiçik dərinlikli su hövzələrində üzməyi bacarır.
 

BAKU.WS