» » Yaş 70-i ötən deputatlarımız: BÖYÜKDƏN KİÇİYƏ (SİYAHI )


13-10-2015 | 20:00

  • 1 468

Yaş 70-i ötən deputatlarımız: BÖYÜKDƏN KİÇİYƏ (SİYAHI )


Azərbaycanda Milli Məclisinə keçiriləcək növbəti seçkilərə saylı günlər qalıb. Tarixə nəzər yetirsək, müstəqillik illərindən bu günədək 4, bu ilin noyabrın 1-də isə Milli Məclisə 5-ci çağırış seçkilər keçiriləcək. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.


BAKU.WS-in məlumatına görə ölkə qanunvericiliyinə uyğun olaraq Milli Məclisə 4-cü çağırış seçkilərdə də yaşı 25-dən yuxarı olan insanlar öz namizədliyini verib, deputat seçiliblər.


Xəzərnews.az yaşı 70-dən keçən deputatların siyahını təqdim edir:


Milli Məclisin ən yaşlı deputatı Cəlal Əliyevdir - 87 yaş
Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. 2010-ci il noyabrın 7-də 62 saylı Saatlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputat seçilib. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.


Zeynəb Xanlarova  - 79 yaş
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-ci ildə Bakı şəhərində anadan olub. 2010-ci il noyabrın 7-də 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputat seçilib. Milli Məclisin ikinci ən yaşlı sakini olmağı ilə bərabər, Mədəniyyət Komitəsinin də ən yaşlı nümayəndəsidir.


Ağacan Abıyev  - 78 yaş
Ağacan Abıyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib. 2005 və 2010-cu illərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin Elm və təhsil komitəsinin üzvü, İntizam komissiyasının sədridir. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.


Fəttah Heydərov  - 77 yaş
Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) çağırış Milli Məclisə deputat seçilib. 7 noyabr 2010-cu il tarixində 116 saylı Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Reginal məsələlər komitəsinin sədr müavinidir.


İlyas İsmayılov  - 77 yaş
İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 7 noyabr 2010-cu il tarixdə 106 saylı Tovuz-Qazax-Ağıstafa seçki dairəsindən Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvüdür.


Yaqub Mahmudov  - 76 yaş
Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonun Baş Göynük kəndində anadan olub. İkinci çağırış (2000-2005), üçüncü çağırış (2005-2010) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-ci il noyabrında 113 saylı Şəki şəhər seçki dairəsindən yenidən parlamentin deputatı seçilib. Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.


Ziyad Səmədzadə  - 75 yaş
Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olub. 2010-ci il noyabrında 23 saylı Nəsimi-Səbail seçki dairəsindən yenidən parlamentin deputatı seçilib. Milli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədridir.


Elxan Süleymanov - 75 yaş
Elxan Süleymanov 1940-cı ildə Göyçay rayonunun Hacalı kəndində anadan olub. 2010-cu ildə 85 saylı Şamaxı seçki dairəsindən deputat seçilib.  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvüdür.


Arif Rəhimzadə - 74 yaş
Arif Rəhimzadə 24 fevral 1941-ci ildə Gəncə şəhərində anadan olub. 2010-ci il noyabrın 7-də 61 saylı Neftçala seçki dairəsindən IV cağırış parlamentə deputat seçilib. Milli Məclisin Regional məsələlər komitəsinin sədridir. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədridir. Azərbaycan-Rusiya parlamenrlərarası işçi qrupunun rəhbəridir.


Xanhüseyn Kazımlı  - 73 yaş
Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. 2010-cu il noyabrın 7-də 66 saylı Biləsuvar seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.


Eldar İbrahimov  - 70 yaş
İbrahimov Eldar Rza oğlu 1945-ci il martın 12-də Azərbaycan Republikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. Azərbaycan Respublikası Ali Sovetinin (1990), Naxçıvan MR Ali Sovetinin (1995) və 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikası I, II, III, IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisdə Aqrar siyasət Komitəsinin sədridir.


Hüseynbala Mirələmov - 70 yaş
Hüseynbala Mirələmov 1945-ci il iyunun 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub. 2010-cu il noyabrın 7-də 33 saylı Xətai birinci seçki dairəsindən növbbəti dəfə deputat seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Ziya Səccad

BAKU.WS

Top XəbərlərЛучшее на сайте
Azərbaycanlılarla çeçenlər arasında Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO Hadisə / Video Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Əsas Xəbər / Hadisə Azərbaycanlı aparıcı qəfil vəfat etdi - FOTO Azərbaycanlı aparıcı qəfil vəfat etdi - FOTO Həyat tərzi Qubada çəkilmiş ŞOK görüntülər: Qeyri-adi varlıqlar evə ayaq açdı - VİDEO Qubada çəkilmiş ŞOK görüntülər: Qeyri-adi varlıqlar evə ayaq açdı - VİDEO Həyat tərzi / Video "Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb Hadisə / Video Damlanın intim videosu olduğu iddia olunan görüntü ilə bağlı AÇIQLAMA Damlanın intim videosu olduğu iddia olunan görüntü ilə bağlı AÇIQLAMA Şou-biznes Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Həyat tərzi Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO) Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO) Hadisə / Video Rəqsanəyə niyyət, Aysuna qismət - VİDEO Rəqsanəyə niyyət, Aysuna qismət - VİDEO Şou-biznes / Video İlqarə Kazımova onunla sevgilidir - EKSKLÜZİV (FOTOLAR) İlqarə Kazımova onunla sevgilidir - EKSKLÜZİV (FOTOLAR) Şou-biznes Faiq Ağayev oxudu, Leyla Əliyeva rəqs etdi (VİDEO) Faiq Ağayev oxudu, Leyla Əliyeva rəqs etdi (VİDEO) Hadisə Qızını erməniyə ərə verən Ağadadaş çeçenlərlə görüşdən qovuldu (VİDEO) Qızını erməniyə ərə verən Ağadadaş çeçenlərlə görüşdən qovuldu (VİDEO) Video / Siyasət İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO Şou-biznes / Video Azərbaycanda əməliyyat- Məşhur fahişəxanaya basqın zamanı 51 qadın saxlanıldı Azərbaycanda əməliyyat- Məşhur fahişəxanaya basqın zamanı 51 qadın saxlanıldı Hadisə 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) Hadisə / Video "Heç kim toyuna 2-3 həftə qalmış səbəbsiz belə addım atmaz" - Elnar Xəlilovun nişanlısından AÇIQLAMA Şou-biznes Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq" Şou-biznes Həbs olunmuş məşqçinin tələbəsi: Arvadı dedi ki, onu... Həbs olunmuş məşqçinin tələbəsi: Arvadı dedi ki, onu... Həyat tərzi Dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, sonra... - Azərbaycanda BİABIRÇILIQ Dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, sonra... - Azərbaycanda BİABIRÇILIQ Kriminal ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” Sosial
Son əlavəПоследние публикации
Bakının bu ünvanındakı evlər plana düşdü
21 fevral 2019

Bakının bu ünvanındakı evlər plana düşdü

1 337 Əsas Xəbər / Sosial
Bakıda gənc qadın ərini axtarır
21 fevral 2019

Bakıda gənc qadın ərini axtarır

207 Hadisə